Ana Sayfa > Karusel / Dünya > ABŞ START-a qayıtmağımızı istəyirsə... - Rusiya XİN

ABŞ START-a qayıtmağımızı istəyirsə... - Rusiya XİN


17-03-2023, 11:10. Yazar: Admin

ABŞ START-a qayıtmağımızı istəyirsə... - Rusiya XİN

 

Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın Rusiyanın Yeni START Müqaviləsində iştirakını dayandırması ilə bağlı bəyanatını şərh edib.

 

Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, XİN-in açıqlamasında rəsmi Vaşinqtonun bəyanatı saxta adlandırılıb.

 

O da əlavə edilib ki, ABŞ Yeni START-ı bərpa etməkdə maraqlıdırsa və Moskvanın iştiraka qayıtmasını istəyirsə, Rusiya Federasiyasını strateji məğlubiyyətə uğratmaqla bağlı “boş fantaziyalardan” əl çəkməlidir.

 

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Dövlət Dumasına müraciəti zamanı ölkəsinin Yeni START-dan çıxdığını elan etmişdi.(Modern.az)


Geri dön