Ana Sayfa > Karusel / Region > “Amerikanın nazı ilə çox oynamaq lazım deyil” –MEDVEDYEV QƏZƏBLİ TVİT ATDI

“Amerikanın nazı ilə çox oynamaq lazım deyil” –MEDVEDYEV QƏZƏBLİ TVİT ATDI


17-03-2023, 11:08. Yazar: Admin

Qara dənizdə ABŞ-a məxsus pilotsuz uçuş aparatı (PUA) insidenti ilə bağlı amerikalıların nazı ilə oynamaq düzgün deyil.

Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Telegram” kanalında yazıb.

Medvedev baş verən hadisəyə sərt reaksiya verərək bildirib ki, məsələ ilə bağlı hərbi qurumların bir-biri ilə dialoqlarına ehtiyac olsa da, ABŞ-ın nazı ilə oynamaq lazım deyil.

O həmçinin amerikalı senator Qremin Rusiya təyyarələrini vurmağın zəruriliyi ilə bağlı bəyanatına da münasibət bildirib: “Ümumiyyətlə amerikalılar birmənalı olaraq həyasızlıq edirlər”.

Medvedev onu da qeyd edib ki, hava məkanından istifadə qaydalarına PUA-lar da əməl etməlidir, xüsusilə hərbi əməliyyatlar dövründə: “ABŞ PUA-sının daxil olduğu ərazi Rusiyanın bir hissəsidir, bizim suverenliyimiz ora da şamil edilir”.

Xatırladaq ki, baş vermiş məlum hadisədən sonra 15 martda Rusiya müdafiə naziri Sergey Şoyqu ilə Pentaqon rəhbəri Lloyd Ostin arasında telefon danışığı zamanı PUA insidenti müzakirə edilib.(Azpost)


Geri dön