Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev telefonla Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsinə dair tədbirləri müzakirə ediblər.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında telefon danışığı olub. Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanmış məlum üçtərəfli sazişlərə uyğun olaraq Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin təmin edilməsinə yönəlmiş praktiki tədbirlər müzakirə edilib”, - deyə məlumatda qeyd olunur.
Həmçinin regionda nəqliyyat, logistika və iqtisadi əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb.