Ana Sayfa > Karusel / Təhsil / Region > Solovyov kimin qətlini sifariş verib? - FSB zabiti sirri açdı

Solovyov kimin qətlini sifariş verib? - FSB zabiti sirri açdı


17-03-2023, 09:49. Yazar: Admin

 

Solovyov kimin qətlini sifariş verib? - FSB zabiti sirri açdı

Kremlin ən qızğın təbliğatçılarından olan Vladimir Solovyovla bağlı maraqlı məlumatlar dərc olunub.

Qarabaginfo.az “AzPolitika.info”ya istinadla xəbər verir ki, bu barədə Rusiyanın tanınmış “The İnsider” nəşri Solovyovun 1990-cı illərdə qətl sifariş etmək üçün “killer” axtardığını yazıb.

Bununla bağlı nəşrə sabiq FTX zabiti Sergey Astaşin məlumat verib.

O, deyib ki, Solovyov şəxsən Astaşindən 10 min dollar müqabilində “killer” tapmasını xahiş edib. Solovyovun öldürtmək istədiyi adam isə “Otari” ləqəbli kriminal avtoritet Otari Kvantrişvili olub.

Jurnalistlə kriminal avtoritet arasında ədavətin nəylə bağlı olduğuna dair məlumat verilmir. Lakin Astaşin deyib ki, Solovyovun təklifini dərhal FTX rəhbərliyinə çatdırıb və bundan sonra indiki Kreml təbliğatçısı, o zamansa nisbətən müstəqil mövqe tutan Solovyov sorğu-suala çəkilib. Astaşin hesab edir ki, məhz həmin vaxt FTX Solovyovu “verbovka” edib və onun indiyə qədər “səhnədə qalması” da məhz FTX ilə əməkdaşlığından qaynaqlanır.

“Otari”-yə gəlincə, xatırladaq ki, bir zamanlar böyük nüfuza malik olan bu kriminal avtoritet elə muzdlu qatil tərəfindən 1994-cü ildə qətlə yetirilib. Lakin bu, Solovyovun sifarişi olmayıb. Yalnız 12 ildən sonra məlum olub ki, qətlin sifarişçisi Kvantrişvilinin şəriki, digər kriminal avtoritet “Silvester” olub.

 


Geri dön