Ana Sayfa > Karusel / Cəmiyyət > 10 min manata Həcc olar? - Partiya sədrindən şeyxə İTTİHAM

10 min manata Həcc olar? - Partiya sədrindən şeyxə İTTİHAM


16-03-2023, 17:00. Yazar: Admin

 

10 min manata Həcc olar? - Partiya sədrindən şeyxə İTTİHAM

Bu il Azərbaycandan Həcc ziyarətinə getmək istəyən vətəndaşlar üçün qiymətlər müəyyənləşib. Qafqaz Müsəlmanlar İdarəsindən bildirilib ki, bir nəfərlik ziyarət paketinin qiyməti 5750 ABŞ dolları (9775 manat) təşkil edir. Builki ziyarət azərbaycanlı zəvvarlar üçün vahid formada təşkil olunacaq və təyyarə reysləri vasitəsilə həyata keçiriləcək.

 

Ötən illə müqayisədə Həcc səfərinin qiymətinin artırılması birmənalı qarşılanmayıb. Bəzi insanların fikrincə, 10 min manata yaxın vəsaiti ziyarətə xərcləməkdənsə, ehtiyacı olan insanlara yardım etmək daha faydalıdır.

 

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Qarabaqinfo.az-a bildirib ki, Həcc ziyarətinin qiymətinin artırılması çox pis haldır:

 

“İran Azərbaycana casus şəbəkəsi yerləşdirir. Hansı qapıya, mağazaya, salona gedirsən, hamısı İranın təbliğatı ilə məşğuldur. Bəs bizim Din Qurumlarla İş üzrə Dövlət Komitəsi, Allahşükür Paşazadə nə ilə məşğul olur? Ancaq Həcc ziyarətlərinin, qəbirlərin qiymətlərini qaldırmaqla məşğuldurlar. Bunların hamısı qəbir satanlardır. Həcc ziyarətinin qiymətini artırmaqla özləri üçün pul yığırlar. Bunun başqa adı yoxdur”.

 

 

Partiya sədri bildirib ki, Həccə getmək üçün 10 min manat verməkdənsə, ehtiyacı olanlara yardım etmək daha faydalıdır:

 

“Əlbəttə, bizim çox sayda yetim, əlil, çörəyə möhtac olan insanlarımız var. Bu vəsaitin bizim vətəndaşlarımız üçün xərclənməsi daha yaxşı olar. Düşünmək lazımdır ki, əgər mən yeyirəmsə, qonşum ac qalmasın. Bunlar xalqa yardım etməyə qıymırlar. Nəzirdən yığılan pullar hara gedir? Yığılan pulları bizim kasıblara, qazilərə, yetimlərə, Vətən müharibəsində şəhid olanların ailələrinə vermək üçün heç bir iş görmürlər. Onların işi odur ki, pul yığsınlar. Ona görə də, İran bugün Azərbaycanda at oynadır”. modern.az

 


Geri dön