Ana Sayfa > Karusel / Qarabağ / Kriminal > Ağdamda iki nəfər heyvan otararkən minaya düşüb öldü

Ağdamda iki nəfər heyvan otararkən minaya düşüb öldü


16-03-2023, 13:26. Yazar: Admin

 

ANAMA: Xocavənddə mina partlayışı nəticəsində xəsarət alan şəxsin vəziyyəti stabildir - AZƏRTAC

Ağdamda iki nəfər minaya düşərək həlak olub.

DİN-in Mətbuat xidmətindən Qarabaginfo.az-a bildirilib ki, hadisə rayonun Yusifcanlı kəndində baş verib. Məlumata görə, ərazidə heyvan otaran kənd sakinləri mina partlayışı nəticəsində həyatlarını itiriblər. Partlayış zamanı ölənlər 1999-ci il təvəllüdlü İsrail Həsənov İbrahim oğlu və 1987-ci il təvəllüdlü Həsənov Amid Hüseyn oğludur.

Faktla bağlı araşdırma aparılır.


Geri dön