Ana Sayfa > Karusel / Gündəm > COVID pasportu olmayanlar Həccə gedə bilməyəcək - QMİ
COVID pasportu olmayanlar Həccə gedə bilməyəcək - QMİ16-03-2023, 10:06. Yazar: Admin |
Bu il Azərbaycandan Hicc ziyarətinə gedənlərə yaş məhdudiyyəti tətbiq olunmayacaq.
Bunu Qarabaqinfo.az-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri bildirib.
Onun sözlərinə görə, pandemiya səbəbindən 65 yaşdan yuxarı şəxslərin Həcc ziyarətinə qoyulan məhdudiyyət aradan qaldırılıb. Yəni, istənilən şəxs Həcc ziyarətinə gedə bilər.
QMİ rəsmisi vurğulayıb ki, yaş məhdudiyyəti aradan qaldırılsa da, zəvvarlardan COVID-19 pasportu tələb olunacaq.
Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə getmək istəyən vətəndaşlar üçün qiymət müəyyənləşib. Qərara əsasən, bir nəfərlik ziyarət paketinin qiyməti 5750 ABŞ dolları təşkil edir. modern.az Geri dön |