Ana Sayfa > Karusel / Siyasət > BMT nümayəndələrini gətirən təyyarə Füzuli hava limanına enib

BMT nümayəndələrini gətirən təyyarə Füzuli hava limanına enib


16-03-2023, 09:25. Yazar: Admin

BMT nümayəndələrini gətirən təyyarə Füzuli hava limanına enib

Birləşmiş Millətlər Təşkilatınının və Azərbaycan hökümətinin nümayəndələri​ işğaldan azad olunmuş Füzuli rayonuna səfər edib.

Qarabaginfo.az xəbər verir ki, səfərdə ümumilikdə 30-a yaxın nümayəndə iştirak edir. Bakı-Ağdam marşutu üzrə hərəkət edən qonaqlar əvvəlcə​ Füzuli Beynəlxalq Hava Limanına gəliblər.

Füzuli ilə tanışlıqdan sonra qonaqlar Ağdam rayonunda keçiriləcək konfransa yola düşəcək.​ Füzuli səfəri zamanı​ qonaqlara işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri, infrastruktur layihələri, Füzuli şəhərinin inkişaf planı barədə, azad edilən torpaqlarda Azərbaycan tərəfindən irimiqyaslı layihələr həyata keçirilməsi, tikinti-quruculuq işləri aparılması, həmçinin Füzuli şəhərində​ erməni vəhşiliyi barədə qonaqlar məlumatlandırılıcaq.


Geri dön