Ana Sayfa > Karusel / Dünya > Peskov ABŞ PUA-sından və Putinlə Əsədin görüşündən DANIŞDI

Peskov ABŞ PUA-sından və Putinlə Əsədin görüşündən DANIŞDI


15-03-2023, 16:44. Yazar: Admin

Peskov ABŞ PUA-sından və Putinlə Əsədin görüşündən DANIŞDI

"Kremldə yeni səfərbərlik dalğası ilə bağlı müzakirələr aparılmır. Məlumatların dəqiqləşdirilməsi üçün vətəndaşlara çağırış vərəqələrinin verilməsi isə adi bir təcrübədir, bu iş davam edir".

 

Qarabaqinfo.az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

 

"ABŞ PUA-sı ilə bağlı insidentlə əlaqədar Putinə məlumat verilib, bu məsələ ilə bağlı ən yüksək səviyyədə əlaqə qurulmayıb. Rusiya Müdafiə Nazirliyinin Qara dəniz üzərində ABŞ PUA-sı ilə bağlı insidentlə bağlı bəyanatı hərtərəflidir, Kremlin buna əlavə edəcəyi heç nə yoxdur. Rusiya Federasiyası ilə ABŞ arasında münasibətlər ən aşağı nöqtədədir, Rusiya isə konstruktiv dialoqdan heç vaxt imtina etməyib" - sözçü bildirib.

 

"Moskvada keçiriləcək danışıqlarda Putin və Əsəd Suriya-Türkiyə münasibətləri mövzusuna toxunacaq. Putin Əsədlə ikitərəfli münasibətləri, həmçinin Suriya böhranının nizamlanması məsələlərini müzakirə etməyi planlaşdırır", - deyə o əlavə edib.Modern.az


Geri dön