Ana Sayfa > Karusel / Siyasət > Fərid Şəfiyev: Erməni tərəfi dini rəvayətlər uyduraraq Azərbaycana qarşı ərazi iddiası irəli sürür

Fərid Şəfiyev: Erməni tərəfi dini rəvayətlər uyduraraq Azərbaycana qarşı ərazi iddiası irəli sürür


15-03-2023, 10:09. Yazar: Admin

Fərid Şəfiyev: Erməni tərəfi dini rəvayətlər uyduraraq Azərbaycana qarşı ərazi iddiası irəli sürür

Azərbaycan-Ermənistan münaqişəsinin heç bir dini tərəfi olmasa da, ermənilər özlərindən dini rəvayətlər uyduraraq ölkəmizə qarşı ərazi iddiası irəli sürüb.

Qarabaginfo.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

Sədr ümumiyyətlə tarix boyunca müsəlmanların müəyyən təcridlərə məruz qaldığını qeyd edib.

"Azərbaycan 30 il ərzində Ermənistanın işğalçı təcəvüzünə məruz qalıb. Əslində, bunun heç bir dini tərəfi, dini məzmunu yoxdur. Lakin erməni tərəfi heç bir əsası olmayan dini rəvayətlər uyduraraq Azərbaycana qarşı ərazi iddiası irəli sürür.

İslamofibiya anlayışının həm də dövlətlərin təhlükəsizliyi, ərazi bütövlüyü, iqtisadi və sosial məzmunlara ciddi təsiri var. Bu, faktdır", - o qeyd edib.


Geri dön