Ana Sayfa > Karusel / Region > Ermənistanın Qarabağdakı məğlubiyyətinin səbəbi AÇIQLANDI
Ermənistanın Qarabağdakı məğlubiyyətinin səbəbi AÇIQLANDI14-03-2023, 14:36. Yazar: Admin |
Ermənistan baş naziri Nikol Paşinyan II Qarabağ müharibəsində ölkəsinin məğlubiyyətindən danışıb.
Qarabaginfo.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, o, bu gün keçirdiyi mətbuat konfransında bu barədə söz açıb.
Paşinyan məğlubiyyətin əsas səbəblərindən birini açıqlayıb.
"Bəli, biz müharibədə məğlub olduq. Bunun səbəbi ordumuzdakı 5-ci kolonla bağlıdır. Uduzduq, çünki ordumuzda 5-ci kolon var idi. Bu fikrim vəziyyətin və faktların öyrənilməsinə əsaslanır. 44 günlük müharibə zamanı silah çatışmazlığı yox idi. 2018-2020-ci illərdə respublika əvvəlki 10 ilin cəmindən daha çox silah əldə etmişdi. 2020-ci ildəki müharibənin bu gün dünyada baş verənlərlə əlaqəsi var", - deyə o bildirib.
Baş nazir onu da xatırladıb ki, hazırda 50-dən çox hərbçi casusluqda ittiham olunur, hətta həbs olunan yüksək rütbəli məmurlar da var.(modern.az) Geri dön |