Ana Sayfa > Karusel / Qarabağ > Separatçılardan Bakıdakı görüş təklifinə cavab... -Xocalıda keçirilməsində israrlıdırlar...
Separatçılardan Bakıdakı görüş təklifinə cavab... -Xocalıda keçirilməsində israrlıdırlar...14-03-2023, 14:10. Yazar: Admin |
"Rusiyanın hayklarla danışıqlar üçün məhz Azərbaycan xalqının ən yaralı yeri olan, 31 il öncə elə bu ölkənin 366-cı alayının iştirakıyla soyqırımı təşkil etdikləri və faktiki işğal altındakı Xocalı şəhərini seçməsi təsadüf idimi?.."
32-ci ildir Azərbaycan Respublikası ərazisinin bir hissəsində Kremlin himayəsi altında fəaliyyət göstərən separatçı-terrorçu rejim rəhbərliyi Prezident Administrasiyasının Azərbaycan və Qarabağdakı erməni nümayəndələri arasında növbəti görüşün Bakıda keçirilməsi təklifinə cavab verib.
Qarabaginfo.az xəbər verir ki, bu haqda Ermənistanın "Past" nəşri məlumat yayıb.
Məlumata görə, separatçılar sözügedən görüşün martın 1-də olduğu kimi, yenə də Xocalıda Rusiya "sülhməramlı"larının vasitəçiliyi ilə keçirilməsində israr edir.
“Azərbaycan Respublikası Prezident Administrasiyasının Azərbaycan və Qarabağ nümayəndələri arasında görüşün(Bakıda-S.L.) keçirilməsi təklifinə cavab olaraq bildiririk ki, Artsax respublikası(dırnaqaarası-S.L.) belə görüşlərin keçirilməsinin mümkünlüyü ilə bağlı əvvəllər ifadə olunmuş mövqeyə sadiqdir. Görüşün Rusiya sülhməramlılarının vasitəçiliyi 1 martda keçirildiyi eyni yerdə("İvanyan" dedikləri Xocalıda-S.L.) və yalnız humanitar, infrastruktur, texniki məsələlərlə bağlı siyasiləşdirmədən keçirilməsinin tərəfdarıyıq.
"Azərbaycan-Qarabağ münaqişəsinin həllinin siyasi məsələlərinə gəlincə, xatırladaq ki, Artsax beynəlxalq səviyyədə tanınmış və təsdiq edilmiş formatda beynəlxalq təşkilatların iştirakı ilə keçirilməli olan münaqişənin hərtərəfli həllinə yönəlmiş, tərəflərin bərabərliyinə və üzərinə götürülmüş öhdəliklərin yerinə yetirilməsinə təminat verən danışıqlara sadiqdir”- üzdəniraq xəbərdə belə deyilir.
P.S. Xatırladaq ki, martın 1-də Xocalıda keçirilmiş görüşdə separatçı rejimin qondarma " təhlükəsizlik şurası"nın katibi Samvel Şahramanyan və "Rusiya sülhməramlı qüvvələri ilə əməkdaşlıq mərkəzi"nin direktoru, general Sergey Martirosyan ermənilər tərəfdən "Azərbaycanla danışıqlar aparan şəxslər" təyin edilib. Hər iki şəxs Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak edib...
P.P.S. Rusiyanın hayklarla danışıqlar üçün məhz Azərbaycan xalqının ən yaralı yeri olan, 31 il öncə elə bu ölkənin 366-cı alayının iştirakıyla soyqırımı təşkil etdikləri və faktiki işğal altındakı Xocalı şəhərini seçməsi təsadüf idimi? Bu, bir növ Azərbaycanın aşağılanması deyildimi?..
(Moderator.az)
Geri dön |