Ana Sayfa > Karusel / Region > “Taxıl sazişi” daha 60 gün müddətinə uzadıldı- Rusiya XİN

“Taxıl sazişi” daha 60 gün müddətinə uzadıldı- Rusiya XİN


14-03-2023, 13:16. Yazar: Admin

“Taxıl sazişi”nin müddəti əvvəlki şərtlərlə uzadılıb”.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.

“Sazişin müddəti uzadılıb. Razılaşdırılıb ki, daha 60 gün davam etsin. Sazişin paket xarakteri də təsdiqlənib”, – Qruşko deyib.

Onun sözlərinə görə, Rusiya saziş üzrə bütün öhdəliklərin yerinə yetirilməsini təmin etmək üçün israrla çalışacaq.

Nazir müavini onu da qeyd edib ki, hazırda sürətli olmasa da Rusiyanın kənd təsərrüfatı məhsullarının ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması prosesi gedir.


Geri dön