Ana Sayfa > Karusel / Sosial > Bu il əlillik təyin olunanların SAYI
Bu il əlillik təyin olunanların SAYI14-03-2023, 11:08. Yazar: Admin |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2023-cü ilin yanvar-fevral ayları ərzində 7,7 min şəxsə əlillik təyin edilib. Onlardan 3,7 mininə ilkin, 4 mininə təkrar əlillik təyinatı aparılıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Qarabaqinfo.az-a verilən məlumata görə, əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir. Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir. modern.az
Yanvar-fevral aylarında agentliyin reabilitasiya müəssisələrində əlilliyi olan 10,3 min şəxsə reabilitasiya xidməti göstərilib və 2,7 min şəxs 12,6 min reabilitasiya vasitəsi ilə təmin edilib.
Geri dön |