Ana Sayfa > Karusel / İqtisadiyyat > Neftimiz 1 dollardan çox UCUZLAŞDI
Neftimiz 1 dollardan çox UCUZLAŞDI14-03-2023, 11:03. Yazar: Admin |
![]() "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti 1 dollardan çox ucuzlaşdı.
Qarabaqinfo.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,19 ABŞ dolları, yaxud 1,4 % azalaraq 83,60 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Geri dön |