Ana Sayfa > Karusel / Region > Türkiyənin seçki təqvimi

Türkiyənin seçki təqvimi


14-03-2023, 10:24. Yazar: Admin

Türkiyənin seçki təqvimi - RƏSMİ (YENİLƏNİB)

Türkiyədə 14 mayda keçiriləcək seçkilərin təqvim üzrə qrafiki açıqlanıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ali Seçki Komissiyasının qərarı "Resmi Gazete"də dərc olunub.

 

Bildirilib ki, 18 martdan başlayan seçki prosesində 19 martdan prezidentliyə namizədlərin qeydə alınması üçün müraciətlər mümkün olacaq. Siyasi partiyalar isə deputatlığa namizədlərinin proporsional siyahısını 9 aprelə qədər təqdim etməlidirlər.

 

Prezidentliyə namizədlərin dəqiq və yekun rəsmi siyahısı 31 martda, deputatlığa namizədlərin müvafiq siyahısı isə 19 apreldə elan olunacaq. Xarici ölkələrdə və sərhəd məntəqələrində səsvermə prosesinə 27 apreldə start veriləcək.(Modern.az)

 


Geri dön