Ana Sayfa > Karusel / Dünya > Putin Paşinyanla sülh müqaviləsindən danışdı

Putin Paşinyanla sülh müqaviləsindən danışdı


13-03-2023, 13:53. Yazar: Admin

 

Putin Paşinyanla sülh müqaviləsindən danışdı

Rusiya Prezidenti Vladimir Putin Ermənistan Baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb.

 

Qarabaqinfo.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

 

Telefon danışığı zamanı Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan üçtərəfli danışıqların icrası, Ermənistan-Azərbaycan sərhədində təhlükəsizliyin təmin edilməsi istiqamətində atılan addımlar və sülh müqaviləsinin hazırlanması müzakirə edilib.

 

Putin bütün məsələlərin konstruktiv şəkildə və Rusiya sülhməramlıları ilə əməkdaşlıq şəraitində həllinin vacibliyini vurğulayıb.


Geri dön