Ana Sayfa > Karusel / Təhsil > Nazir dövlət imtahanının ləğvindən danışdı
Nazir dövlət imtahanının ləğvindən danışdı13-03-2023, 13:50. Yazar: Admin |
Ali təhsil müəssisələrində dövlət imtahanının ləğvi yeni məsələ deyil.
Qarabaginfo.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Elm və təhsil naziri Emin Əmrullayev bildirib.
Nazir xatırladıb ki, dövlət imtahanının ləğvi ilə bağlı qanun 2020-ci ildə təsdiq olunub.
"Yeni təhsil standartına görə, gələn il imtahan olmayacaq. Hazırda bu il ali təhsil müəssisələrinin I və II kursunda təhsil alanlar ali məktəbi bitirdikdə dövlət imtahanı verməyəcəklər. Bu il dövlət imtahanı verənlər isə köhnə standartla təhsil alanlardır. Yəni 2020-ci ildə və sonra qəbul olunanlar dövlət imtahanı verməyəcəklər", - deyə nazir vurğulayıb. Geri dön |