Ana Sayfa > Karusel / Dünya > Avropanın silah idxalı 93 faiz ARTIB

Avropanın silah idxalı 93 faiz ARTIB


13-03-2023, 10:41. Yazar: Admin

Avropanın silah idxalı 93 faiz ARTIB

 

Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəyə başlamasından sonra 2022-ci ildən Avropaya silah idxalı 2 dəfə artıb.

 

Qarabaginfo.az "Die Zeit" nəşrinə istinadən xəbər verir ki, Stokholm Sülh Araşdırmaları İnstitutunun (SIPRI) illik hesabatına əsasən, 1 il ərzində silah idxalı 93 faiz artıb.

 

Məlumata görə, Ukrayna ötən illə müqayisədə 60 dəfə çox silah idxal edib və 2022-ci ildə Qətər və Hindistandan sonra dünyanın üçüncü ən böyük silah idxalçısı olub.

 

Bildirilib ki, idxal tempinin yenə də artması proqnozlaşdırılır.(Modern.az)


Geri dön