Ana Sayfa > Karusel / Siyasət > Bolqarıstan Prezidenti: Biz strateji tərəfdaş və müttəfiq kimi Azərbaycan Prezidenti ilə işləməkdən məmnunuq
Bolqarıstan Prezidenti: Biz strateji tərəfdaş və müttəfiq kimi Azərbaycan Prezidenti ilə işləməkdən məmnunuq11-03-2023, 15:17. Yazar: Admin |
Fevralın 1-də Prezident Vuçiçlə (Serbiya Prezidenti – red.) birlikdə biz Bolqarıstanla Serbiya arasında interkonnektora start verdik. Beləliklə, görə bilərsiniz ki, imkanlar demək olar hər ay artır. Qarabaginfo.az xəbər verir ki, bu barədə Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycan Prezidenti İlham Əliyev ilə videokonfrans formatında görüşdə bildirib. “Biz şaxələndirməni, təchizatın təhlükəsizliyini təmin edərək bu çox mühüm sahədə strateji tərəfdaş və müttəfiq kimi Sizinlə (Prezident İlham Əliyev-red.) işləməkdən məmnunuq. Söhbət təkcə bundan getmir. Vədinizə əməl etdiyinizə və Sofiyada SOCAR-ın ofisini açdığınıza görə bir daha təşəkkür edirik. Mən mayda açılış mərasimində iştirak etməyi gözləyirəm. Bu, həqiqətən də irəliyə doğru çox yaxşı addım olacaq”, - deyə Bolqarıstan Prezidenti vurğulayıb. Geri dön |