Ana Sayfa > Karusel / Sosial > DYP dumanlı hava ilə bağlı müraciət etdi

DYP dumanlı hava ilə bağlı müraciət etdi


11-03-2023, 09:29. Yazar: Admin

 

DYP dumanlı hava ilə bağlı müraciət etdi

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi yollarda müşahidə edilən dumanlı hava ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə idarənin şöbə rəisi, polis mayoru Rövşən Tağıyev bildirib.

Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasında, eləcə də ölkənin digər rayonlarında dumanlı hava şəraitinin müşahidə olunması ilə bağlı yollarda görünüş məsafəsi məhdudlaşıb və bu da sürücülərə ciddi çətinliklər yaradır.

Qeyd olunanları nəzərə alaraq, bütün sürücülərə sürət həddini real vəziyyətə uyğun seçməyi, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, eləcə də ötmə və manevretmə zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edirik.


Geri dön