Ana Sayfa > Karusel / Dünya > Makronun bara getməsi etiraz doğurdu - VİDEO

Makronun bara getməsi etiraz doğurdu - VİDEO


11-03-2023, 08:58. Yazar: Admin

Makronun bara getməsi etiraz doğurdu - VİDEO

 

Martın 4-də Konqo Demokratik Respublikasına səfər edən Fransa prezidenti Emmanuel Makronun bu ölkədə bara getməsi etiraz doğurub.

 

Qarabaginfo.az xəbər verir ki, Makronun barda lentə alınan görüntülərini "Le Parisien" nəşri ictimailəşdirib. 

 

Məlumata görə, Fransa prezident yerli musiqiçi Fally İpupa və rabitə naziri Patrik Muya ilə birlikdə Bandalunqva şəhərindəki bara gedib. Ölkə başçısının bu addımı tənqidlərə tuş gəlib. Fransa vətəndaşları Makronun bara getməsini pisləyərək, onunla bağlı sərt fikirlər səsləndiriblər. 

 

Konqonun şərqində döyüşlərin getdiyi bir məqamda fransız prezidentlə barda əylənən nazir Patrik Muya da tənqid atəşinə tutulub. Əməlindən peşman olan rabitə naziri  xalqdan üzr istəyib.(Modern.az)

 


Geri dön