Ana Sayfa > Karusel / Siyasət > Amerikalı diplomat niyə yenidən Bakıya qayıdıb?

Amerikalı diplomat niyə yenidən Bakıya qayıdıb?


11-03-2023, 08:57. Yazar: Admin

Amerikalı diplomat niyə yenidən Bakıya qayıdıb?

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono martın 6-da Bakıda Prezident İlham Əliyevlə görüşdükdən sonra İrəvana gedib Nikol Paşinyanla fikir mübadiləsi apardı. Adətən bölgəyə gəliş iki ölkəyə səfərlə yekunlaşır. Ancaq amerikalı diplomat yenidən Bakıya qayıdaraq xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.

Qarabaginfo.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu amerikalı diplomatın yenidən Bakıya qayıtmasına diqqəti yönəldib.

Politoloqun fikirincə, ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononun Bakıya qayıdışı yalnız Ceyhun Baryamovla görüşlə bağlı olmayıb:

"Məsələ burasındadır ki, Bono martın 6-da Bakıda olanda Ceyhun Bayramov ölkədə yox idi. Fikrimcə, amerikalı diplomatın Bakıya qayıdışı yalnız Ceyhun Baryamovla görüşlə bağlı deyildi. Bono Bakıdan İrəvana və yenidən Bakıya geri qayıtmaqla iki ölkə arasında sülh sazişi üzərində danışıqları intensivləşdirmək istəyir. Digər tərəfdən Bononun bölgədə olduğu müddətdə Qarabağda toqquşma baş verib. Vaşinqton yeni müharibənin qarşısını da almağa çalışır".


Geri dön