Ana Sayfa > Karusel / Manşet > İqtisadiyyat Nazirliyinə yeni səlahiyyət verildi
İqtisadiyyat Nazirliyinə yeni səlahiyyət verildi10-03-2023, 16:18. Yazar: Admin |
“Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli Fərmanında dəyişiklik edilib.
Qarabaqinfo.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni fərman imzalayıb.
Dəyişikliyə qədər həmin Qanunun 18.1-ci, 18.2-ci, 18.2.1-ci maddələrində, 21-ci maddəsinin adında və 21.1.-ci maddəsində nəzərdə tutulmuş “müvafiq dövlət orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Energetika Nazirliyi və Azərbaycan Respublikasının Mərkəzi Bankı həyata keçirirdilər.
Yeni fərmana əsasən, bu hissədən Energetika Nazirliyinin adı çıxarılıb, İqtisadiyyat Nazirliyinin adı daxil edilib. modern.az Geri dön |