Kür çayı sularının böyük bir hissəsi üzərində tikiləcək Beşikkaya SES bəndi vasitəsilə Çoruh çayına, oradan da Qara dənizə axıdılacaq.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Ərdahandan olan millət vəkili Orhan Atalayın açıqlamasına görə, Beşikkaya bəndinin ilk bloku 2023-cü il investisiya proqramına daxil edilib.
"Ərdahandakı Kür çayı qarşısına SES qoyularaq Qara dənizə töküləcək. Lakin çay indi sərhədi keçərək Xəzər dənizinə tökülür", - məlumatda bildirilib.
Türkiyə və Gürcüstan ərazilərindən keçən Kür çayının böyük bir hissəsi Azərbaycanda yerləşir. Qeyd edək ki, son günlərdə Kür çayı demək olar tamamilə quruyub.
Məlumata görə, layihənin həyata keçirilməsinə 5 milyard TL sərf olunub.(Unikal)