Ana Sayfa > Karusel / Qarabağ > Qarabağ və Şərqi Zəngəzurda tikintiyə dair xidmət haqlarının məbləğləri müəyyənləşib

Qarabağ və Şərqi Zəngəzurda tikintiyə dair xidmət haqlarının məbləğləri müəyyənləşib


10-03-2023, 12:03. Yazar: Admin

Qarabağ və Şərqi Zəngəzurda tikintiyə dair xidmət haqlarının məbləğləri müəyyənləşib

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əhatə etdiyi şəhər və rayonların inzibati ərazilərində Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin göstərdiyi xidmətlərə görə ödənilən xidmət haqqı məbləğləri müəyyənləşib.

Qarabaginfo.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin göstərdiyi xidmətlərə görə ödənilən xidmət haqqı məbləğləri”nə müvafiq dəyişiklik edib.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əhatə etdiyi şəhər və rayonların inzibati ərazilərində Bakı şəhərinin inzibati ərazisində yol və mühəndis-kommunikasiya təminatı sistemi üçün trasların və Bakı şəhərinin inzibati ərazisində açıq sahələrdə əsaslı tikili olmayan iaşə obyektlərinin və səyyar ticarət obyektlərinin yerləşdirilməsinin və quraşdırılmasının uyğunluğunun müəyyənləşdirilməsi üçün tətbiq edilən xidmət haqlarının məbləğləri həcmində xidmət haqları tətbiq olunacaq.


Geri dön