Ana Sayfa > Karusel / Sosial > RSXM-nin baş direktoru palçıq vulkanlarının yaxınlığında ev tikilməsinin təhlükəsindən danışıb

RSXM-nin baş direktoru palçıq vulkanlarının yaxınlığında ev tikilməsinin təhlükəsindən danışıb


10-03-2023, 10:51. Yazar: Admin

Bakıda "yatmış əjdaha" hər an oyana bilər: Sakinlərin həyatı təhlükə altındadır - 06.07.2018, Sputnik Azərbaycan

"Palçıq vulkanları ətrafında zəlzələləri müəyyən etmək üçün 12 stansiya qurulub".

Qarabaginfo.az xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli Bakı Dövlət Universitetində Azərbaycanın müasir seysmodinamik şəraiti haqqında danışarkən deyib.

Ötən il Lökbatanda qeydə alınmış palçıq vulkanından danışan baş direktor xatırladıb ki, həmin təbiət hadisəsi, təxminən, 10 saat əvvəldən aktivləşməyə başlayıbmış: "Belə ərazilərin yaxınlığında yaşayış məntəqələri çox tikilir. Bununla bağlı hər dəfə xəbərdarlıq etmişik. Bir gün palçıq vulkanı elə güclü partlaya bilər ki, həmin yaşayış məntəqələri bütövlükdə palçıq altında qala bilər".(Report)


Geri dön