Ana Sayfa > Karusel / Region > Xilasedicilərimizin sonuncu qrupu Türkiyədən QAYIDIR

Xilasedicilərimizin sonuncu qrupu Türkiyədən QAYIDIR


8-03-2023, 15:06. Yazar: Admin

Xilasedicilərimizin sonuncu qrupu Türkiyədən QAYIDIR

 

Türkiyədə baş verən zəlzələ ilə əlaqələr qardaş ölkəyə göndərilən Azərbaycanın 760 axtarış-xilasetmə heyətinin sonuncu qrupu Bakıya yola salınıb.

 

Qarabaginfo.az xəbər verir ki, məlumatı "Anadolu" agentliyi yayıb.

 

Kahramanmaraşda qalan 224 xilasedicinin yola salınma mərasimi keçirilib.

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov agentliyə bildirib ki, azərbaycanlı xilasedicilər 53 nəfəri dağıntılar altından sağ çıxarıb.

 

"Azərbaycan dövləti, Azərbaycan xalqı hər zaman Türkiyənin yanındadır. Bu şəhərlərin yenidən qurulmasında da Azərbaycan dövləti Türkiyənin yanında olacaq", - general deyib.


Geri dön