Ana Sayfa > Karusel / Region > Yermak Sallivanla Baxmutdan DANIŞDI
Yermak Sallivanla Baxmutdan DANIŞDI8-03-2023, 15:04. Yazar: Admin |
Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermak səhər saatlarında ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan ilə Baxmutdakı vəziyyəti müzakirə edib.
Qarabaginfo.az xəbər verir ki, Yermak "Telegram" kanalında bu barədə məlumat verib.
"Mən həmsöhbətimi cəbhədəki mövcud vəziyyət, Ukrayna prezidenti Volodimir Zelenskinin və hərbi rəhbərliyin Baxmut istiqamətində müdafiə əməliyyatının gedişi ilə bağlı qəbul etdiyi qərarlar barədə məlumatlandırdım", - deyə o qeyd edib.
Bildirilib ki, həmçinin Ukraynanın müdafiəsi və maliyyə yardımı, Rusiyanın ukraynalılara qarşı cinayətləri, işğalın ətraf mühitə vurduğu ziyan barəsində də fikir mübadiləsi aparılıb.(Modern.az) Geri dön |