Ana Sayfa > Karusel / Region > Gürcüstan Prezidenti etirazçıları dəstəklədi 

Gürcüstan Prezidenti etirazçıları dəstəklədi 


8-03-2023, 14:54. Yazar: Admin

Gürcüstan Prezidenti etirazçıları dəstəklədi

Gürcüstan Prezidenti Salome Zurabişvili Tbilisidəki mitinqlərə görə əhaliyə müraciət edəcək.

Qarabaginfo.az xarici KİV-ə istinadən xəbər verir ki, müraciətin yaxın saatlarda baş tutacağı gözlənilir.

Həmçinin, Tbilisidəki mitinqlərə görə Gürcüstan Prezidentinin Nyu-Yorkdakı görüşləri ləğv edilib.

Qeyd edək ki, hazırda Gürcüstan parlamentinin binası qarşısında gərgin vəziyyət yaranıb. Binanın önünə toplanan siyasətçilər, vətəndaş cəmiyyəti nümayəndələri, media işçiləri, tələbələr və sıravi vətəndaşlar parlamentin plenar sessiyasında müzakirə edilən “ xarici agentlər” haqqında qanuna etiraz edirlər.


Geri dön