Ana Sayfa > Karusel / Hadisə > “Mingəçevir” futbol klubunu daşıyan avtobus qəzaya uğrayıb

“Mingəçevir” futbol klubunu daşıyan avtobus qəzaya uğrayıb


7-03-2023, 13:54. Yazar: Admin

“Mingəçevir” futbol klubunu daşıyan avtobus qəzaya uğrayıb

Bu gün “Mingəçevir” futbol komandası I Divizionun 20-ci turu çərçivəsində “Şamaxı” ilə səfər oyununa gedərkən yolda avtomobil qəzasına uğrayıb.

PFL-dən apasport.az saytına verilən məlumata görə, futbolçular və rəhbərlik heyəti arasında xəsarət alanlar olsa da, həyatını itirən yoxdur.

Bu fors-major hal nəzərə alınaraq, bu günə nəzərdə tutulan “Şamaxı-2” – “Mingəçevir” görüşü təxirə salınıb. Oyunun nə vaxt keçirilməsi ilə bağlı əlavə məlumat veriləcək.


Geri dön