Ana Sayfa > Karusel / Cəmiyyət > Naxçıvanda etiraz aksiyası keçirildi

Naxçıvanda etiraz aksiyası keçirildi


7-03-2023, 13:39. Yazar: Admin

Naxçıvanda etiraz aksiyası keçirildi

Bu gün bir qrup işdən azad olunmuş tibb işçisi Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin önündə etiraz aksiyası keçiriblər. 

Qarabaginfo.az xəbər verir ki, hüquqlarının pozulduğunu iddia edən işçilərin sözlərinə görə, onlar uzun müddət səhiyyə sahəsində çalışsalar da, sonradan işdən azad olunublar. Buna əsas səbəb nazirliyin onların diplomlarını saxta elan etməsi olub. Etiraz edən tibb işçiləri isə bu halla razılaşmırlar. 

Məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi Ülviyyə Hacıyeva APA-ya bildirib ki, nazirliyə bu məsələ ilə bağlı əvvəllər də müraciətlər daxil olub. Lakin 2008-ci il may ayının 15-də Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə qeyri-qanuni fəaliyyət göstərmiş bir sıra tibb təhsil müəssisəsi bağlanılıb. 

Qərara əsasən, həmin müəssisələri bitirənlərin etibarsız diplomları Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən geri alınıb. Bu, qəbul edilən qərarda da öz əksini tapıb və qərar etiraz edən şəxslərə də göstərilib.

Qeyd edək ki, etiraz edən tibb işçiləri bu gün nazirliyin səlahiyyətli şəxsləri tərəfindən qəbul edilib və mart ayının 16-da səhiyyə naziri tərəfindən qəbul ediləcəkləri onların diqqətinə çatdırılıb. 


Geri dön