Ana Sayfa > Karusel / Region > FHN-in Türkiyəyə humanitar yardım aparmış ilk avtomobil karvanı Bakıya yola düşüb - VİDEO

FHN-in Türkiyəyə humanitar yardım aparmış ilk avtomobil karvanı Bakıya yola düşüb - VİDEO


7-03-2023, 13:36. Yazar: Admin

FHN-in Türkiyəyə humanitar yardım aparmış ilk avtomobil karvanı Bakıya yola düşüb - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə qardaş ölkəyə humanitar yardım aparmış Fövqəladə Hallar Nazirliyinin xüsusi təyinatlı nəqliyyat vasitələrindən ibarət ilk avtomobil karvanı Bakı şəhərinə yola düşüb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Tərkibinə 14 ədəd avtomobilin daxil olduğu karvan bu gün səhər saatlarında Kahramanmaraş şəhərindən yola düşüb.


Geri dön