Ana Sayfa > Karusel / Kriminal > Azərbaycanda məhkəmədə şok: Ülgücü çıxarıb...

Azərbaycanda məhkəmədə şok: Ülgücü çıxarıb...


6-03-2023, 13:00. Yazar: Admin

Azərbaycanda məhkəmədə şok: Ülgücü çıxarıb...

Sumqayıt Apelyasiya Məhkəməsində İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsi ilə inzibati icraat aparılan Əliyeva Günay Aqil qızı hakim Rəşadət Ağayevin qərarının qanunsuz olmasına etiraz edərək hər iki biləyini ülgüclə kəsib.

Qarabaginfo.az xəbər verir ki, bu haqda vəkil Elçin Sadıqov məlumat yayıb.

O, bildirib ki, hadisə bu gün baş verib: “Hələ təcili tibbi yardım gəlməyib. Məhkəmənin təcili yardım məntəqəsi bağlıdır. 

Abşeron Rayon Məhkəməsi onu 1000 manat cərimə etmişdi, Rəşadət Ağayev qərarı dəyişdi və 10 sutka inzibati həbs verdi”.


Geri dön