Ana Sayfa > Karusel / Region > Britaniya kəşfiyyatı: Rusiya 60 illik tankları istifadə edir

Britaniya kəşfiyyatı: Rusiya 60 illik tankları istifadə edir


6-03-2023, 11:46. Yazar: Admin

Britaniya kəşfiyyatı: Rusiya 60 illik tankları istifadə edir

 

"Rusiya ordusu 60 illik tanklardan istifadə etməyə məcbur olub".

 

Qarabaginfo.az BBC-yə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya kəşfiyyatının sutkalıq informasiya bülletenində qeyd olunub.

 

Bildirilib ki, Rusiya ordusu Ukraynada əhəmiyyətli miqdarda ağır zirehli texnikanı itirməsi səbəbindən 60 illik T-62 döyüş tanklarından istifadə etmək məcburiyyətində qalıb.

 

Kəşfiyyat məlumatlarına görə, ötən ilin yayından bəri təxminən 800 ədəd T-62 tankı anbardan çıxarılıb. Son günlərdə ilk dəfə 1954-cü ildə istifadəyə verilən Rusiya zirehli transportyorları BTR-50 də Ukraynada görünüb.(Modern.az)


Geri dön