Ana Sayfa > Karusel / Region > “Akşenerə ayıb olsun”: “Altılı Masa”ya ümid bağlayan vətəndaşın halı pisləşdi
“Akşenerə ayıb olsun”: “Altılı Masa”ya ümid bağlayan vətəndaşın halı pisləşdi6-03-2023, 11:20. Yazar: Admin |
Türkiyədə İYİ Partiyanın "Altılı Masa" siyasi ittifaqından ayrılmasından sonra tragikomik hadisə yaşanıb. Qarabaginfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, partiya sədri Meral Akşenerin "Altılı Masa" barədə açıqlamasına əsəbiləşən vətəndaşın halı pisləşib və o, xəstəxanaya çatdırılıb.
Həkimin müayinə ilə bağlı tərtib etdiyi raportda pasientin necə bu vəziyyətə gəldiyi təsvir olunub.
"Pasient "Bu gün Meral Akşener "Altılı Masa"dan ayrıldı. Bütün ümidlərim bitdi" deyərək evdə hər yeri dağıdıb. Əsəb krizisi keçirib. Təcili yardım gələndə özünü yerə atıb. Polisin müşayiəti ilə xəstəxanaya gətirilib", - deyə tibbi raportda qeyd olunub.
Hadisə sosial şəbəkələrin Türkiyə seqmentində geniş müzakirələrə səbəb olub. İYİ Partiya sədri Meral Akşener insanların ümidləri ilə oynamaqda, vətəndaşların güvənini, gələcəyə inamını puç etməkdə ittiham olunub. İstifadəçilərdən biri belə yazıb: "Akşener "Altılı Masa"ya ümid bağlayan vətəndaşın halını pisləşdirdi. Ayıb olsun, əfsuslar olsun".
Qeyd edək ki, "Altılı Masa"nın sözügdən toplantısında vahid namizədin müəyyən edilməsi ilə bağlı rəsmi bəyanat verilib. Lakin namizədin kimliyi hələlik açıqlanmayıb. Buna baxmayaraq, siyasi ittifaqın vahid namizədinin Kamal Kılıçdaroğlu olduğu barədə hakim rəy mövcuddur. Seçkilərin 14 mayda keçirilməsi gözlənilir.
İYİ Partiya idarə heyəti Kılıçdaroğlunun namizədliyinin qəbul edilməməsi barədə qərar verib, daha sonra isə sədr Meral Akşener "Altılı Masa"nı tərk etdiklərini elan edib.
Bundan sonra Səadət Partiyanın sədri Temel Karamollaoğlunun ev sahibliyi etdiyi görüşə CHP lideri Kamal Kılıçdaroğlu, DEVA partiyasının sədri Ali Babacan, Gələcək partiyasının lideri Ahmet Davutoğlu, Demokrat Partiyasının lideri Gültekin Uysal qatılıblar.
Namizədin bu gün keçirilməli olan növbəti toplantıda elan olunması gözlənilir.(Modern.az) Geri dön |