Ana Sayfa > Karusel / Gündəm > Putin 3 generalı istefaya göndərdi

Putin 3 generalı istefaya göndərdi


6-08-2020, 11:47. Yazar: Admin

 

Putin 3 generalı istefaya göndərdi

 

Prezident Vladimir Putin Rusiya İstintaq Komitəsinin (TFR) üç generalının vəzifəsindən azad edilməsi barədə Sərəncam imzalayıb.

Qarabaginfo.az “RBK”ya istinadən xəbər verir ki, Moskva Regionlararası İstintaq İdarəsinə rəhbərlik edən ədliyyə general-mayoru Sergey Vazyulin, 2013-cü ildən bəri İstintaq Komitəsinin İrkutsk vilayətindəki İstintaq İdarəsinə rəhbərlik edən ədliyyə general-mayoru Andrey Bunev və ədliyyə general-leytenantı, İstintaq Komitəsinin Krasnodar diyarı üzrə şöbəsinin müdiri Vadim Bugaenko istefaya göndərilib.

Onların könüllü şəkildə istefa ərizəsi yazaraq vəzifələrindən azad olunduğu bildirilib.

 

 


Geri dön