Ana Sayfa > Karusel / Manşet > Hipermarketə hücum zamanı güllə yarası alan şəxsin vəziyyəti qənaətbəxşdir
Hipermarketə hücum zamanı güllə yarası alan şəxsin vəziyyəti qənaətbəxşdir4-03-2023, 20:32. Yazar: Admin |
Bakıda hipermarketə hücum zamanı güllə yarası alan şəxs əməliyyat edilib. Qarabaginfo.az xəbər verir ki, bu barədə Sabunçu Tibb Mərkəzindən məlumat verilib. Belə ki, 1990-ci il təvəllüdlü Şeydayev Ruslan Samir oğlu döş qəfəsinin deşilmiş yarası diaqnozu ilə mərkəzə yerləşdirilib. O, cərrahi əməliyyat edildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti qənaətbəxşdir. Geri dön |