Ana Sayfa > Karusel / Cəmiyyət > Rəşad Dağlı məhkəməyə gətirildi

Rəşad Dağlı məhkəməyə gətirildi


4-03-2023, 11:59. Yazar: Admin

Rəşad Dağlı məhkəməyə gətirildi  

Qətl törətməkdə təqsirləndirilən Rəşad Əmirov (Rəşad Dağlı) Qaradağ rayon məhkəməsinə gətirilib.

Qarabaginfo.az Report-a istinadla xəbər verir ki, prosesə hakim Günay Həşimova sədrlik edir.

Bu gün məhkəmə meyxanaçının barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı qərar verəcək.

Xatırladaq ki, qətl hadisəsi ötən il noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb.

1979-cu il təvəllüdlü İskəndər Mehdiyev çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Hadisə ilə bağlı İ.Mehdiyevin tanışı, 1984-cü il təvəllüdlü R.Əmirov istintaqa cəlb edilib.

Qaradağ Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir.


Geri dön