Ana Sayfa > Karusel / Kriminal > Rəşad Dağlının həbs müddətinin uzadılması istənilir
Rəşad Dağlının həbs müddətinin uzadılması istənilir3-03-2023, 19:46. Yazar: Admin |
Tanışını qətlə yetirməkdə ittiham olunan meyxanaçı Rəşad Dağlı (Əmirov) barəsində seçilmiş həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı təqdimat verilib. Qarabaginfo.az Apa-ya istinadən xəbər verir ki, istintaq orqanı tərəfindən göndərilən təqdimata Qaradağ Rayon Məhkəməsində baxılacaq. Qeyd edək ki, Rəşad Dağlı əvvəldən tanıdığı 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi bir neçə bıçaq zərbəsi ilə qətlə yetirib. Hadisə 4 ay əvvəl Qaradağ rayonunun Lökbatan qəsəbəsində qeydə alınıb. Rəşad Dağlı barəsində həbs qətimkan tədbiri seçilib. Meyxanaçı ilkin ifadəsində hadisəni təhqirə görə törətdiyini deyib. Geri dön |