Ana Sayfa > Karusel / Dünya > Ukraynanın 17 hərbçisinin cəsədi qaytarıldı

Ukraynanın 17 hərbçisinin cəsədi qaytarıldı


3-03-2023, 16:15. Yazar: Admin

Ukraynanın 17 hərbçisinin cəsədi qaytarıldı

Ukrayna daha 17 həlak olmuş hərbçisinin cəsədlərini vətənə qaytarıb.

 

Qarabaqinfo.az "Ukrinform"a istinadən xəbər verir ki, bu barədə ölkənin Reinteqrasiya Nazirliyi məlumat yayıb.

 

Qeyd olunub ki, Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərindən cəsədlərin alınması Cenevrə Konvensiyasının normalarına uyğun olaraq həyata keçirilib.

 

Nazirlikdən o da əlavə edilib ki, itkin düşmüş şəxslər üzrə müvəkkilin qaynar xətti yaradılıb və fəaliyyət göstərməyə davam edir.

 

Qeyd edək ki, bir müddət əvvəl Türkiyənin vasitəçiliyi ilə də Rusiya və Ukrayna arasında cəsəd və əsir mübadiləsi həyata keçirilmişdi. modern.az


Geri dön