Ana Sayfa > Karusel / Sosial > Bütün tibbi xidmətlər sığortaya daxil edilməlidir - Səbinə Əliyeva
Bütün tibbi xidmətlər sığortaya daxil edilməlidir - Səbinə Əliyeva3-03-2023, 15:42. Yazar: Admin |
İnsan sağlamlığının qorunması üçün vacib hesab edilən bütün tibbi xidmətlərin (xəstəliklərin) “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nə daxil edilməsi təklif olunur.
Qarabaqinfo.az xəbər verir ki, bu təklif Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2022-ci il üzrə məruzəsi”ndə əksini tapıb.
Sənəddə qeyd olunub ki, ombudsman insan sağlamlığının qorunması üçün vacib hesab edilən bütün tibbi xidmətlərin (xəstəliklərin) Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli, 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nə daxil olan tibbi xidmətlərin siyahısına əlavə edilməsi ilə həmin siyahı üzrə xidmətlərin həcminin genişləndirilməsini təklif edir. modern.az Geri dön |