Ana Sayfa > Karusel / İdman > “Tokio-2020”nin qalibi Azərbaycana gəlir
“Tokio-2020”nin qalibi Azərbaycana gəlir3-03-2023, 14:08. Yazar: Admin |
Martın 9-dan 12-dək Bakıda idman gimnastikası üzrə dünya kuboku yarışları keçiriləcək. Qarabaqinfo.az Azərbaycan Gimnastika Federasiyasına istinadən xəbər verir ki, yarışlarda iştirak edəcək İsrail yığmasının heyəti açıqlanıb. Heyətdə “Tokio-2020” Yay Olimpiya Oyunlarının qalibi Artyom Dolqopyat, Eyal İndiq, Andrey Medvedev, Aleksandr Myakinin və Lihi Raz yer alıblar.
Turnirdə rekord sayda - 49 ölkədən 170 idmançının iştirakı gözlənilir.
Dörd gün davam edəcək yarışların yekununda ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku təqdim olunacaq.Modern.az Geri dön |