Ana Sayfa > Karusel / Təhsil > Peşman deyiləm, yaxşı ki, bura gəldim” - 700 bal toplayan Nigar
Peşman deyiləm, yaxşı ki, bura gəldim” - 700 bal toplayan Nigar3-03-2023, 14:06. Yazar: Admin |
Ötən il Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi buraxılış və qəbul imtahanlarında 700 bal toplayaraq rekorda imza atan Nigar Ağazadə hazırda təhsilini Türkiyədə davam etdirir.
Məlumat üçün bildirək ki, Nigar ölkə üzrə ən yüksək nəticə göstərməsinə baxmayaraq, yerli təhsil müəssisələrindən imtina edərək, Ankara Universitetinin Tibb fakültəsini seçmişdi. Qarabaqinfo.az-ın əməkdaşı Nigar Ağazadə ilə həmsöhbət olub, onun təhsil həyatı ilə maraqlanıb.
- Siz ötən il rekorda imza atsanız da, sonda Azərbaycanda təhsil almamaq qərarına gəldiniz. Seçiminizə görə peşman deyilsiniz?
- Qətiyyən peşman olmadım, hər şeydən razıyam. Türkiyədə özümü Azərbaycandakı kimi hiss edirdim. Qardaş ölkəyə öyrəşdikcə bura daha çox bağlanmağa başladım. Dərslərimizin maraqlı keçməsi, yaxşı dostlar qazanmağımdan sonra doğru seçim etdiyimə əmin oldum. Peşman deyiləm, məncə, doğru olanı etdim. Yaxşı ki, Türkiyəni seçmişəm.
- Dərsləriniz necə keçir? Türkiyədə təhsil almaq sizin üçün çətindir, yoxsa gözlədiyinizdən də asan oldu?
- Dərlərlə bağlı heç bir çətinliyim olmadı. Bakıda aldığım təhsil mənə imkan verirdi ki, qardaş ölkədə rahatlıqla təhsilimi dava etdirim. Bir az adaptasiya dövründə çətinlik çəkdim. Yeni ölkə, yeni insanlara alışmaq asan olmadı. İlk vaxtlarda dilə uyğunlaşa bilmədim, amam qısa zamanda onun da öhdəsindən gəldim.Ümumilikdə heç bir çətinlik çəkmədim.
- Tibb üzrə hansı sahədə ixtisalaşmaq niyyətindəsiniz?
- Hələlik bunu müəyyənləşdirə bilməmişəm. Çünki indidək qərar vermək tezdir. Hələ ixtisaslaşma ilə bağlı qarşıda fikirləşməyə çox zamanım var.
- Təhsil aldığınız universitetdə tələbə yoldaşlarınız sizin Azərbaycan birincisi olduğunuzu biləndə buna necə reaksiya vermişdilər?
- Əslində mənim xəbərim özümdən əvvəl Türkiyəyə çatmışdı. Qrup yoldaşlarım seçimimdən xəbərdar idilər. Məni görərkən yaxşı münasibət göstərdilər, qətiyyən qəriblik hiss etmədim. Qardaş ölkədə, doğma məkanda olduğumu hiss etdirdilər. Gözəl dostluqlar qurduğum üçün çox məmnunam.
- Türkiyədə baş vermiş dəhşətli zəlzələ hər kəsdə qorxu yaratdı, bir çox insanlar, xüsusilə tələbələrin bəziləri Azərbaycana qayıtdılar.
- Bəli, dəhşətli zəlzələ hamı kimi məni də çox sarsıtdı. Belə faciə tarixdə nadir hallarda olur. Təəssüf ki, qardaş ölkə buna şahidlik etdi. Mənəvi olaraq bizi yaralamaqla yanaşı, təhsilimizə də ciddi təsiri oldu. Dərslərimiz onlayn rejimə keçdi. Üz-üzə təhsil daha effektivdir, amma bu çətin dönəmlərdə görülən tədbirlərin bizim təhlükəsizliyimiz üçün olduğunu yaxşı başa düşürəm. Modern.az
Geri dön |