Ana Sayfa > Karusel / Siyasət > Azərbaycan Prezidenti: Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru Avropanın enerji təhlükəsizliyinə töhfə verir
Azərbaycan Prezidenti: Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru Avropanın enerji təhlükəsizliyinə töhfə verir3-03-2023, 11:24. Yazar: Admin |
Keçən ilin oktyabrında Bolqarıstana etdiyim rəsmi səfərin nəticələri, eyni zamanda səfər çərçivəsində Avropanın enerji təhlükəsizliyinə töhfə verən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun istifadəyə verilməsi strateji tərəfdaşlığımızın yüksək səviyyəsindən xəbər verir. Qarabaginfo.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevə ünvanladığı təbrik məktubunda deyilir. “Enerji sektorunda səmərəli işbirliyimizin ticarət, nəqliyyat, logistika, sərmayə, yüksək texnologiyalar, turizm və digər sahələr və istiqamətlər üzrə də müvəffəqiyyətlə davam etdiriləcəyinə əminliyimi ifadə edirəm”, - qeyd olunub. Geri dön |