Ana Sayfa > Karusel > G20 sammitində yekun bəyannamə imzalanmadı

G20 sammitində yekun bəyannamə imzalanmadı


2-03-2023, 17:40. Yazar: Admin

G20 sammitində yekun bəyannamə imzalanmadı

G20 ölkələrinin xarici işlər nazirlərinin Hindistanda keçirilən sammitində Ukraynadakı müharibə ilə bağlı mübahisələrə görə birgə yekun bəyannamə imzalanmayıb.

Qarabaqinfo.az xarici mətbuata istinadən xəbər verir ki, dövlətlərin əksəriyyəti Rusiyanın işğalçı müharibəsini bir daha qətiyyətlə pisləyib və qoşunların Ukrayna ərazisindən qeyd-şərtsiz çıxarılmasını tələb ediblər. 


Lakin Rusiya və Çinin xarici işlər nazirləri bu məqamla razılaşmayıb. 


Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar iclasın sonunda jurnalistlərə bildirib ki, bəzi ölkələrin qütbləşmiş baxışları səbəbindən birgə yekun bəyannamə qəbul edilməyib. modern.az


Geri dön