Ana Sayfa > Karusel / Gündəm > “Bizdən ayrıldın daha...” - Ramiz Rövşənin misraları ilə vida statusu
“Bizdən ayrıldın daha...” - Ramiz Rövşənin misraları ilə vida statusu2-03-2023, 17:36. Yazar: Admin |
Xalq Şairi Ramiz Rövşən bu gün ürəktutmadan vəfat edən din xadimi Hacı Şahin Həsənlinin ölümündən bir neçə saat əvvəl vatsap statusunda onun şeirini paylaşmasından danışıb. Qarabaqinfo.az Moderator.az-a istinadən xəbər verir ki, o, ilahiyyatçının vəfatından dərin kədərləndiyini dilə gətirib:
"Azərbaycanın ən ağıllı və səviyyəli din xadimlərindən biri olan Hacı Şahinin ölümü məni çox kədərləndirdi. Son statusunda mənim şeirimi paylaşmağından və dünyayla mənim misralarımla vidalaşmağından çox təsirləndim. Yeri behişt olsun. Ailəsinə, doğmalarına və bütün onu sevənlərə dərin hüznlə başsağlığı verirəm.
Günlər yarpaq kimi qopmur ömürdən, Son dəfə nəfəsini çəkib içinə …Qıymadın bir kimsəni oyatmağa,
Qeyd edək ki, Məşədi Dadaş Məscidinin imamı Hacı Şahin ölümündən bir neçə saat əvvəl sonuncu vatsap statusunda Ramiz Rövşənin "Mən bura özümü görməyə gəldim" şerindən bir bənd paylaşıb.
Geri dön |