Ana Sayfa > Karusel / Gündəm > Prokurorluq Hacı Şahinin ölümünü ARAŞDIRIR
Prokurorluq Hacı Şahinin ölümünü ARAŞDIRIR2-03-2023, 16:27. Yazar: Admin |
İlahiyyatçı Hacı Şahinin ölüm faktı ilə bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır.
Bu barədə Qarabaqinfo.az-a Baş Prokurorluqdan məlumat verilib.
"1974-cü il təvəllüdlü Şahin Həsənlinin (Hacı Şahin) martın 2-də paytaxtın Yasamal rayonunda yerləşən evində ölməsi faktı ilə bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır", - deyə açıqlamada bildirilib.
Qeyd edək ki, bu gün səhər saatlarında tanınmış din xadimi Hacı Şahin Həsənli dünyasını dəyişib. 48 yaşlı ilahiyyatçı ürəktutmasından həyatını itirib. modern.az Geri dön |