Ana Sayfa > Karusel / Region > FHN-in Türkiyədə olan çevik xilasetmə qüvvələrinin bir hissəsi sabah qayıdacaq, Kahramanmaraşda 330 nəfərlik heyət qalacaq

FHN-in Türkiyədə olan çevik xilasetmə qüvvələrinin bir hissəsi sabah qayıdacaq, Kahramanmaraşda 330 nəfərlik heyət qalacaq


1-03-2023, 17:41. Yazar: Admin

 

FHN-in xilasediciləri 16 nəfəri dağıntılar altından sağ çıxarıb - VİDEO

Artıq Türkiyənin Kahramanmaraş şəhərində axtarış-xilasetmə işləri bitib. Azərbaycan FHN-in çevik xilasetmə qüvvələri 22 gündür ki, orada çalışır.

Qarabaginfo.az xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev deyib.

Nazir müavini bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə Fövqəladə Hallar Nazirliyinin 760 nəfərdən ibarət olan xilasetmə dəstəsi zəlzələdən sonra Türkiyənin Kahramanmaraş və Hatay şəhərlərinə yola salınıb və orada fəaliyyət göstəriblər: "Bu günlə bərabər 22 gündür ki, biz zəlzələ bölgəsində idik. Məlumdur ki, artıq axtarış-xilasetmə işləri başa çatıb, ona görə də bu gün 236 nəfərlik heyət Vətənə qayıdıb. Sabah da növbəti 236 nəfərlik heyət qayıdacaq. Beləliklə, Kahramanmaraşda bizim 330 nəfərlik heyətimiz qalacaq. Onların da işi növbətçilik sistemi əsasında işlərini təşkil etməkdir.

Əgər hər hansısa bir fövqəladə hal baş verərsə, həmin hadisəyə dərhal reaksiya verəcəklər. Bundan başqa, bizim Kahramanmaraşda 2 hərbi hosbitalımız var idi. Bu dəfə biz oradakı həkimləri də dəyişdik.

Hazırda ərazidə bizim 25-dən çox həkimimiz fəaliyyət göstərir. İndiyə qədər 2500-dən artıq zəlzələdən zərər çəkmiş yerli vətəndaşa tibbi yardım göstərilib. Eyni zamanda, bizim orada 5 psixoloqumuz var ki, onlar da 22 gündür, zəlzələdən zərər çəkmiş insanların özlərinə, yaxud qohumlarına psixoloji yardım edirlər.

Hosbitallarımızın yerinin təyin edilməsi Türkiyənin yerli lazımi orqanların və səhiyyəyə məsul şəxslərin göstərişi ilə həyata keçirilib”.


Geri dön