Ana Sayfa > Karusel / Dünya > Beyrutda partlayışda ölənlərin sayı 113-ə çatıb

Beyrutda partlayışda ölənlərin sayı 113-ə çatıb


5-08-2020, 18:15. Yazar: Admin

 Beyrutda partlayışda ölənlərin sayı 113-ə çatıb

Livanın paytaxtı Beyrut şəhərində limanda baş vermiş şiddətli partlayışda ölənlərin sayı 113-ə çatıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Sky News Arabia” telekanalı ölkənin Səhiyyə naziri Həmad Həsənə istinadən məlumat yayıb.

Nazir 4 minə yaxın insanın partlayış nəticəsində müxtəlif dərəcəli xəsarətlər aldığını bildirib.

Bundan əvvəl partlayışda 108 nəfərin həlak olduğu açıqlanmışdı. APA


Geri dön